Boliviyanın paytaxtı La Pasdan Karanavi şəhərinə hərəkət edən avtobus dəhşətli qəzaya uğrayıb.
Müstəqil.az xarici mediaya istinadən xəbər verir ki, avtobus 100 metr dərinliyi olan dərəyə yuvarlanıb. Nəticədə 11 nəfər həlak olub, 10 nəfərin isə müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.