Avtomobildə inqilab-Yapon mühəndis elektromobil-amfibiya yaratdı

Müstəqil.az “Blomberq”ə istinadən xəbər verir ki, “Toyota Motors” şirkətinin keçmiş əməkdaşı Xideo Tsurumakinin yaratdığı elektromobil kritik situasiyalarda suyun üzərində qala bilir.
Elektromaşının hər dörd oturacağının altında dəyişilən batareya yerləşir. Bir dəfə enerji ilə təhciz olanda 160 kilometr məsafəni maksimum saatda 80 km. sürətlə gedə bilir. Yeni ixtiranın qiyməti 18 min dollardan bir qədər artıqdır.
Maşında istifadə olunan turbinəbənzər təkərlər fırlandıqda suyu sorur və öndə yerləşən komponent suyu buraxdıqda hərəkətə gəlir. Eyni zamanda suda sükanın köməkliyi ilə dönə bilir.
Əvvəllər xəbər verilmişdi ki, “Tesla” elektromaşınlar dondurucu havada işə salmazdan əvvəl qızdırıcı ilə təchiz ediləcək.
Müstəqil.Az

Share: