Ali Məhkəmədə sərnişin ölümündə təqsirləndirilən Mahir Məlikovun (ad və soyad şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az xəbər verir ki, Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, Mahir Məlikovun altı il müddətinə azadlıqdan məhrumetmə cəzası beş ilə endirilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Mahir cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə 03 aprel 2020-ci ildə saat 20:30 radələrində Xaçmaz-Niyazoba yolunun Xaçmaz rayonu, Ağçay kəndi ərazisindən keçən 6-cı kilometrliyindən keçən hissəsində qeydə alınıb.
O, idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə maşında olan sərnişin B.M. ölüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Mahir Məlikova 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdə göstərilib ki, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və məhkəmə zalında həbs edilib.