Türkiyənin Karaman şəhərinin mərkəzində avtomobillərdə fahişəlik edən azərbaycanlı qadınlar saxlanılıb.
Müstəqil.Az-ın məlumatına görə,Karaman Polis İdarəsinin Əxlaq Büro şöbəsinin əməkdaşlarına Mehmet D. (50), Həsən Hüseyn D. (53) və Erdal Y. -nin (46) şəhərdə xarici ölkələrdən gələn qadınları avtomobillərdə fahişəlik etdirdikləri məlum olub.
Şübhəliləri təqibə alan polis, şəhərin ən işlək prospektlərindən birində fahişəlik bazarlığı edən Mehmet D., Həsən Hüseyn D., Erdal Y., müştəri qismində Azərbaycanlı Həvva C. və Natavan M-nı “iş başında” saxlayıb. Azərbaycanlı qadınlarən izahatı alındıqdan sonra onlar deportasiya olunublar.
Müstəqil.Az