Qəndilov Cavid Azər oğlu ıı Qarabağ savaşında xüsusi qəhrəmanlığı ilə yadda qalan döyüşçülərimizdəndir. Müstəqil.Az-ın Dənizçilərə Sosial Dəstək İctimai Birliyi ilə döyüşçü dəniçilərimizlə bağlı birgə hazırlayıb nəşr etdirəcəyu kitabda onun da haqqında bəhs olunur.
Kimdir Cavid Qəndilov? O, 1993-cü ilin avqust ayının 4-də Bakı şəhərində anadan olub. 2010-cu ildə orta təhsilini bitirdikdən sonra, Azərbaycan İqtisad Universitetinin “Texnoloji və Dizayn” fakutəsinə daxil olub. 2017-ci ildən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris mərkəzində sistem inzibatçısı vəzifəsində çalışır. Vətən müharibəsi başlayarkən qismən elan olunmuş səfərbərlik zanmanı ordu sıralarına çağrılıb.
Cavid onun döyüş yolu ilə bağlı sualımıza əsl hərbiçilər kimi, qısa və lokonik cavab verir: “2020-ci ilin sentyabr ayını 26-da səfərbərlik idarəsindən şağırış aldım və tərəddüd etmədənb deyilən saatda deyilən yerdə oldum”
Cəbrayıl, Zəngilan, Xocavənd, Hadrut, Qubadlı, Qafan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Dəfələrlə ölümlə üz-üzə gəlib, döyüşçü yoldaşlarının şəhadətə qovuşduğu anın şahidi olub, dost itkisinə, döyüşçülərimizin şəhid olmasına yanıb-yaxılıb, işğalçı Ermənistanın hərbiçilərini məhv edərək torpaqlarımızı azad etdikdə qəlbindəki kədərin yerinə sevinc əlavə olunub, yaralılarımızı güllə altından çıxaranda dizlərinə, qollarına yeni taqət, güc əlavə olunub.
-Bu döyüşə qatılmaq, düşmənə yerini göstərmək, bizim doğmalarımızın, şəhid olan, əsir götürülən insanlarımızın ruhu qarşısında, düşmən tapdağında inildəyən torpaqlarımızdan mənfurların rədd edilməsində oğul, Azərbaycan əsgəri olaraq ən müqəddəs borcumuz idi. Bu çətin oldu, amma sonda qazanılan qələbə bizə şərəf verdi, çətinliklər unuduldu. İndi xalqımızın, Ordumuzun, Ali Baş Komandanımızın qarşısında az da olsa başımı dik tuta bilərəm. Bu xalqımızın Vətən savaşında yazdığı şərəfli bir tarixdir, – Cavid bizimlə söhbətində bunları xüsusi olaraq əlavə edir.
Cavid döyüşlərdə iştirakına görə təltif də edilib. Təltiflərlə bağlı sualımıza belə cavab verir:
-Bizim bölüyün əsgərlərinə Cəbrayılın, Xocavəndin, Zəngilanın azad olunmasına görə medallarını təltif edilməsinə görə siyahı təqdim edildi. Mənim də adım o siyahıda var idi. Hər 3 medalla təltif edilmişəm, bundan başqa, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında iştiraka görə də fəxri Fərmanla mükafatlandırılmışam.
Qəhrəman döyüşçümüz əlavə edir ki, döyüşlərdə atıcı-sanitar olub: “Mənim öhdəliyimdə döyüşməkdən ılavə yaralılara ilk tibbi yardım göstərmək də var idi. Düşməni nəhv etməkdə nə qədər israrlı idimsə, yaralılarımıza ilk tibbi yardım göstərərkən bir o qədər də mülayim olmaq istəyirdim, onlara mənəvi güc vermək, yaşayacaqlarına, yenidən düşmənə sarsıdıcı zərbə vurmaq üçün döyüşə atılacaqlarına inandırmaq lazım idi”.
Cavid haqqında döyüşçü dostlarının komandirlərinin də fikirləri qürurvericidir. O, əsl Azərbaycan döyüşçüsü idi; Qorxu builməz.
Cavid Qəndilov hazırda ordudan tərxis olunub, doğma kollektivdə çalışır.
Faiq Balabəyli