AXDG QSC DND-də yeni iş rejmi…

AXDG QSC DND-də yeni iş rejmi…

DND də yeni iş qrafiki tsdiq olundu. Artıq tətbiq olunur.

Müstəqil.Az DSD İB-nə istinad edərək xəbər verir ki, AXDG QSC DND-nin balansında olub, həm daxili sularda,  həm də xarici sularda – Qara dəniz, Baltik, Aralıq dənizlərndə və digər sularda üzən gəmilərin heyyət üzvülərinin yeni iş rejmi təsdiq olunub.

Çoxsaylı dənizçilərimizin də bu haqda bilgilənməsi və onların da marağını nəzərə alaraq DSD İB-nin sədri Faiq Balabəyli DND-nin İnsan resursları Mərkəzinin rəisi Azər Musayev və Mərkəzin rəis müavini Nizamxan Paşayevlə  görüşüb.


A, Musayev AXDG” QSC-nin Dəniz Nəqliyyat Donanmasında tətbiq olunan yeni iş rejmi haqda ətraflı məlumat verib:

“AXDG” QSC-nin Dəniz Nəqliyyat Donanmasında çalışan dənizçilərin sosial təminatlarını yaxşılaşdırmaq məqsədi ilə istismarda olan gəmilərdə 01 iyul 2021-ci il tarixindən başlayaraq yeni iş rejiminin (iş vaxtının cəmlənmiş uçotu rejimi) tətbiqinə başlanıb. Bir illik uçot dövründə yeni iş rejimin tələblərinə əsasən Donanmanın Xəzər dənizindən kənarda üzən gəmilərində çalışan heyət üzvləri 6 aydan bir əvəzlənən növbəli sistem (bir il ərzində 6 ay iş və 6 ay istirahət) ilə, Xəzər dənizində üzən gəmilərində isə 3 aydan bir əvəzlənən növbəli sistem (3 ay iş və 3 ay istirahət) formasında həyata keçirilir. İşçilər gəmidə çalışdığı müddət qədər istirahətə göndərildiyi zaman bu müddət ərzində hər ay aylıq maaşlarını alacaqlar.”
Müstəqil.Az

Share: