Axşam külək mülayimləşəcək

Axşam külək mülayimləşəcək

“Bu gün Azərbaycanda Novruz  çərşənbələrindən üçüncüsü – Yel  çərşənbəsidir. Yel çərşənbəsində əsən isti və soyuq küləklər yazın ilıq nəfəsini, təravətini gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur”.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Qafqazinfo”ya bildirib ki, bir neçə gündür, ölkə ərazisində küləkli hava şəraitinin müşahidə edilməsinə  baxmayaraq, yüksək temperatur rejimi qeydə alınıb.

“Belə ki, dünən Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 9 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında, eləcə də, bəzi bölgələrdə  havanın temperaturu 23-28 dərəcəyədək yüksəlib”, – qurum rəsmisi deyib.

G.Məmmədovanın sözlərinə görə, keçən il Yel çərşənbəsində havanın temperaturu ilqim normasından 4 dərəcə yüksək olub: “Çoxillik müşahidə məlumatlarına əsasən, son 10 ilin Yel çərşənbəsində cənub-qərb küləyinin maksimal sürəti 2020-ci ildə 22 m/san-yə çatıb. Bu gün isə Abşeronda şimal küləyinin sürəti saniyədə 25 metrə çatıb. Axşam külək mülayimləşəcək”.


Share: