Alimlər müəyyən ediblər ki, son 2,46 milyard ildə Ay davamlı olaraq Yerdən uzaqlaşır ki, bu da planetdə günün uzunluğunun artmasına səbəb olur.
PNAS jurnalında dərc olunmuş beynəlxalq tədqiqatçılar qrupunun hesabatına görə, Yerlə Ay arasındakı məsafə 2,46 milyard il əvvəl “indiki 384,4 min km əvəzinə təxminən 321,8 min km olub və Yerdəki gün cəmi 16,9 saat davam edib.
Alimlər qayalıqların yaşının 2,5 milyard ilə qədər olduğu Qərbi Avstraliyanın Karicini Milli Parkında dərin dərələri təhlil edərək bu qənaətə gəliblər. Bu yataqlar Yerdəki iqlim proseslərinin təkamülünü təsvir edən “Milankoviç dövrləri” adlanan dövrlərin müddətini göstərir.
Tədqiqatçılar bu dövrlərin müddətində təxminən iki dəfə artım aşkar ediblər.
Alimlərin fikrincə, yeni tədqiqatınonun nəticələri Yerin və Yer-Ay sisteminin təkamülü haqqında elmi anlayışı əhəmiyyətli dərəcədə genişləndirir, həmçinin milyard ildən artıq bir müddət ərzində onun inkişaf nümunələrini təsvir edir.
Mənbə: TASS