Ay Qaravul dağı, Comərd qalası, Kəlbəcər elimin məğrur balası

Ay Qaravul dağı, Comərd qalası, Kəlbəcər elimin məğrur balası

Azərbaycan addım-addım öz ərazi bütövlüyünü təmin edir. Müqəddəs torpaqlarımız işğaldan azad olunduqca dövlətə və dövlətçiliyimizə inamımız da möhkəmlənir. Hərb sahəsində məğlub düşmən siyasi müstəvidə də uduzduğunu etiraf edərək torpağlarımızdan ayağını çəkilməyə məcbur edilir. Bu müdrik rəhbər apardığı məntiqli siyasətin və iradəsi ilə əldə olunur.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilib.
Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşmışdı. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb.
Əslində Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Noyabrın 25-də isə rayon işğaldan azad olundu.
Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir.
Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonu hesab olunur. Rayonun dağlıq ərazidə yerləşməsi sözsüz ki, hərbiçilərimiz üçün müəyyən mənada poroblem yaradacaqdı. Hərbi sursatla yanaşı canlı qüvvələrimizə də böyük ziyan dəyəcəkdi. Lakin Ali Baş Komandanımız möhtərəm İlham Əliyevin apardığı siyasət nəticəsində Ağdam və Kəlbəcər rayonları döyüşsüz, itgisiz işğaldan azad olundu. Dekabrın 1-ə kimi Laçın rayonu da sülh şəraitində Azərbaycan təhvil veriləcək. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək.
Azərbaycan xoşbəxt gələcəyin astanasındadır. Tezliklə işğaldan azad olunmuş torpaqlarımızda abadlıq işlərinə başlanacaq və ərazilərin əsl sahibləri doğma ev-eşiklərinə qayıdacaqlar.
Bu qürurlu tarixi bizə yaşadan prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyevə təşəkkür edirik!
KƏLBƏCƏR BİZİMDİR!
QARABAĞ AZƏRBAYCANDIR!
Bakı şəhəri, Xəzər rayonu təhsil işçiləri adından;
Həzərxan Əbilov
Share: