Çempionlar Liqasının yarımfinalının cavab matçı çərçivəsində keçirilən “Ayaks” – “Tottenhem” oyununda maraqlı anlar yaşanıb.
Müstəqil.Az Yenicag.az-a istinadla xəbər verir ki, hollandların futbolçuları Nussair Mazraui və Hakim Ziyex oyuna oruc ola-ola çıxıblar.
Adıçəkilən müsəlman futbolçular qarşılaşmanın 22-ci dəqiqəsində meydanın kənarına gələrək oruclarını açıblar.
Qeyd edək ki, qarşılaşma “Ayaks”ın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Hollandların ikinci qoluna məhz Hakim Ziyex imza atıb.