Ayaqyalın gəzməyin müsbət tərəfləri

Ayaqyalın gəzməyin müsbət tərəfləri

Ayaqyalın gəzməkdən zövq alırsınız, amma bunun sağlamlığınız üçün həqiqətən faydalı olub-olmadığına əmin deyilsiniz?

“Qafqazinfo” xəbər verir ki, rusiyalı həkim Tatyana Zaxarova bu haqda “MedikForum”a danışıb.

Həkim ayaqqabısız gəzən hər kəsin nələrə diqqət etməli olduğunu izah edib.

Ayaqyalın gəzərkən ayağın əzələləri hər addımda yeni səthə uyğunlaşmağa çalışır. Bu, sizi çevik saxlayır və eyni zamanda tarazlıq hissini inkişaf etdirir.

“Qan dövranı stimullaşdırılır ki, bu da sonrakı xəstəliklərin qarşısını ala və immunitet sistemini gücləndirə bilər. Ayaqyalın gəzmək uşaqlar üçün xüsusilə vacibdir, çünki bu, onların ayaqlarının inkişafına kömək edir. Bu, onların ayaq barmaqlarının sağlam vəziyyətə gəlməsinin və ayaq əzələlərinin böyüməsinin yeganə yoludur”, – Tatyana Zaxarova əlavə edib.


Share: