AYB-də Telman Vəlixanlının və “Mütərcim”in yubileyi qeyd olunub

AYB-də Telman Vəlixanlının və “Mütərcim”in yubileyi qeyd olunub

Dekabırn 27-də Azərbaycan Yazıçılar Birliyinin katibliyində filologiya elmləri doktoru, professor, görkəmli alim, tərcüməçi, pedaqoq və təhsil təşkilatçısı, 30-dan çox kitabın, dərslik və dərs vəsaitinin müəllifi və tərtibçisi, 300-dək məqalənin müəllifi, onlarla elmi, bədii və elmi-metodiki kitabın redaktoru,  “Əməkdar müəllim” Telman Vəlixanlının 60 illik yubileyi və onun qurucusu olduğu “Mütərcim” Tərcümə Mərkəzi  və eyniadlı jurnalın 30 illik yubileyi qeyd olunub.

Açıklama yok.
Tədbirdə Azərbaycan Yazıçılar Birlyinin sədri, Xalq yazıçısı Anar, Birlyin I katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Birliyin sədr müavini Rəşad Məcid, Birlyinin katibləri Elçin Hüseynbəyli və Səlim Babullaoğlu, Birlyin sədrinin baş müşaviri Rauf Aslanov, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli və “Mütərcim” Tərcümə Mərkəzinin kollektivi – Rita Müslümova, Rüfət Vahidov, Cavid Kişiyev, Türkan Abdulaxalıqova və Nərgiz Sadıqova da iştirak ediblər.

Açıklama yok.

Səlim Babullaoğlu həm Telman Vəlixanlının elmi-pedaqoji, naşir və tərcüməçi kimi fəaliyyəti, eyni zamanda “Mütərcim” jurnalının 30 ildə keçdiyi yol barədə ətraflı məlumat verib,
Birlyin katibliyinin yubilyara və Mərkəzin kollektivinə ünvanladığı məktubu oxuyub.

Açıklama yok.

Daha sonra Xalq yazıçısı Anar çıxış edib, çıxışında professor Telman Vəlixanlının ədib və pedaqoq kimi fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib, “Mütərcim” jurnalının AYB ilə əməkdaşlığını və ədəbi mühitdəki rolunu xüsusi olaraq təqdir edib, yubilyara Birlyin diplomunu, xatirə hədiyyəsini, eləcə də katibliyin Mərkəzə ünvanlanan məktubunu təqdim edib.

Açıklama yok.
Sonra isə Çingiz Abdullayev, Rəşad Məcid və Elçin Hüseynəbyli çıxışlar ediblər. Çıxışlardan sonra ümumi ədəbi məsələlər, xüsusən tərcümənin problemləri, eləcə də dərs vəsaitləri barədə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda porfessor Telman Vəlixanlı AYB sədrinə və katibliyə təşəkkür edib, “Mütərcim” Tərcümə Mərkəzi və eyniadlı jurnal ilə Birliyin bundan sonra da əməkdaşlığının davam edəcəyini, daha mütəmadi və konstruktiv xarakter alacağını söyləyib.

Faiq Balabəyli

 

Share: