AYB dava-dalaş meydanına çevrilib…

AYB dava-dalaş meydanına çevrilib…

Elbariz MƏMMƏDLİ

Doğrusu, bu haqda yazmağı heç istəmirdim. Amma adına Yazıçılar Birliyinin  hansı birliyi ifadə etdiyini heç cür ayırd edə bilmədim. Məsələn, bura kimlərinsə özəl müəssisəsi deyilsəydi, qətiyyən narahat olmazdım. Hərçənd ki, ədəbiyyat mənəviyyat və əxlaq məsələsidir.

 

Son illərdə bunların hər ikisində aşınmadan başqa bir yeniliyin şahidi olmamışıq. Yeni AYB katibliyi bu, sovetdən qalma təşkilatı əsl dava-dalaş meydanına çevirib. Təqaüd davası, ev davası, vəzifə davası, imtiyaz davası və.s.  Əvvəlcədən onu deyim ki, bütün deyilənlərdən kənardayam və ola bilsin susqunluğumla yanlışa yol vermişəm.
Bu gün yeni katibliyin sevimli yazarları Şuşada “Vaqif poeziya günləri”nə toplaşıblar. Xeyirli uğurlu olsun! Fəqət, bu tədbirdə iştirak təkcə onlarınmı haqqıydı? 44 günlük Vətən savaşında, eləcə də son 30 illik mübarizəmizdə səsi eşidilməz olanlar birdən-birə Şuşa sevdasına düşüb, Şuşada peyda olurlar. Amma halal haqqı olanlarAYB katibliyinin  siyahısından kənarda qalır. Uzun illərdi bu saymazlıq davam edir. Əcəb edirlər! Dəfələrlə dost yazarlara müraciət etmişəm ki, ləyaqətli qələm adamlarını bir yerə toparlayıb, öz ədəbi ocağımızı yaradaq. İndi nə deyirsiniz? Hələ də gördüklərinizə sükutla yanaşmaq fikrinizmi var?

 

Share: