“Ayfon”un maya dəyəri açıqlandı – BAHA OLMASININ SİRRİ

Mobil bazar ekspertləri “Ayfon X” smartfonunun maya dəyəri və qiyməti arasında kəskin fərq olmasını müəyyənləşdiriblər.
“İCTnyus”-a istinadәn xәbәr verir ki, “Әpl” şirkəti bir yeni “Ayfon X” modelinin istehsalına 357,5 dollar sərf edərək onu 999 dollara satır.
Ekspertlərin sözlərinə görə, ABŞ korporasiyası hər satılan “Ayfon X” modelindən 64 faiz gəlir əldə edir. Bununla əlaqədar olaraq mütəxəssislər “Әpl” məhsullarının qiymətinin tədricən bahalaşacağını proqnozlaşdırırlar.
Bildirilir ki, maya dəyəri 357,5 dollar olmaqla satış qiyməti 999 dollar səviyyəsində müəyyənləşdirilən “yubiley” “Ayfon X” smartfonu ilə yanaşı, şirkət qiyməti 699 dollar təşkil edən “Ayfon 8” modelindən 59 faizlik mənfəət götürür. “Ayfon 8” ekspertlər tərəfindən “Ayfon 7” modelinin modernləşdirilmiş versiyası hesab edilsə də, qurğuların maya dəyəri və müəyyənləşdirilən qiyməti arasında kəskin fərq mövcuddur.

Share: