Əməkdar artist Aygün Bəylər bacısı Aynur və qızı Cananla birlikdə “Zaurla Günaydın” verilişinin qonağı olub.
Publika.az xəbər verir ki, verilişdə Aygün Bəylərin bacısı mahnı ifa edib. Əməkdar artist etiraf edib ki, bacısı gənclikdə qız toylarında və xına mərasimlərində oxusa da, ona müğənniliyi qadağan edib. İndi isə bacısına dəstək olmağa qərar verib və onu “O Səs Türkiyə” müsabiqəsinə göndərmək istəyir.
Aynur Hümmətovanın səsi bacısının səs və ifa tərzinə bənzəməsi ilə Zaurla Günayı, həmçinin verilişin digər qonağı olan Xalq artisti Kübra Əliyevanı heyran qoyub.
Daha sonra əməkdar artistin qızı Canan da pianinoda ifa edib.
Aygün Bəylər verilişdə bildirib ki, muğama göstərdiyi dəstəyə görə minnətdarlıq əlaməti olaraq Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya simfonik muğam bəstələyir və hazırda həmin əsər üzərində çalışır.