Çiçək açar doğma diyar
Nankor adamların hörməti olmaz
Qədirbilməzlərin sərvəti olmaz
Torpaq babaların yadigarıdır
Torpaq satanların qeyrəti olmaz.
Sinəsi Arazla iki bölünən
Tarix boyu adı,sanı bilinən
Qarabağın bəxti qara olubdu
Xocalıda qanlar axdı selinən
Cahanda çökmələr, qabarmalar var
Çoxillik savaşlar, çox qovğalar var
Aynurə Ulduzam, arzumdur mənim
Yenə çiçək açsın bu doğma diyar
Bütöv Azərbaycan olsun bəxtiyar.
Qorxuram
Hər şerimdə taleyimi görürəm
Ona görə yazmağa da qoruxuram
Elə bil ki,əkdiyimi dərirəm
Yazdığımı yozmağa da qorxuram.
Bəzən düşüncələr qənim kəsilir
Dərin qata ensəm, qəlbim nazilir
Bir nadan dost görsəm ruhum əzilir
Yaşamımda azmağa da qorxuram,
Aynurə Ulduzam, qayğılarım bol
İnsana,bəşərə sayğılarım bol
Şeirə,müsiqiyə duyğularım bol
Öz əhdimi pozmağa da qorxuram.
GÖRƏRSƏN MƏNİ
Qarışıb suyuna yaz yağışının
Sellərin içində görərsən məni
Heyranı olduğum kür baxışının-
gizlənən küncündə görərsən məni.
Bilməm ki, necədir mənə niyyətin-
neynim məchul qalıb səmimiyyətin
Ürəyi “oxumaq”çətinmiş, çətin
Qızların köçündə görərsən məni.
Mənə qəzəl, qoşma yazanlar çoxdu
Gendən oğrun-oğrun baxanlarçoxdu
Gözəldə bir nöqsan gəzənlər çoxdu
Saflıq imicində görərsən məni
Lap qoşa çəkilsin adınla adım
Aynurə doğmadır,deyildir yadın
Alqış et, yaşayım,yazım,yaradım
Qələmin ucunda görərsən məni.