Bilməyini istədiyim bəzi şeylər var…
Səni nə zaman sevdiyimi danışacam sənə;
əsəbləşərdin mənə
çox siqaret çəkdiyim üçün…
Mənə əsəbləşdiyin
zaman sevmişdim səni.
Bəzən haqsız olaraq
məni səhv çıxarardın,
“səhv” olduğum zamanlarda
sevmişdim səni…
Saatlarla, günlərlə yazmazdın mənə,
özün həmişə yalan danışardın,
Mənə “yalan demə” deyərdin –
yalana büründüyün
zamanlarda sevmişdim səni..
“Ayrılaq” demişdin,
Ayrılanda sevmişdim səni..
Sənin yanımda olmadığın günlərdə,
gecələrdə sevmişdim səni…
yazdığm şeirlərdə
o şeirlərdəki hecalarda
sevmişdim…
İndi “gedirəm” deyəcəksənsə get,
Getdiyinə görə sevəcəm səni…