Ayşən Yunusli: Çətin hava şəraitlərində çalışan dənizçiləri bəzən əsəbi, gərgin halda olduqları üçün başa düşmək lazımdır

Ayşən Yunusli: Çətin hava şəraitlərində çalışan dənizçiləri bəzən əsəbi, gərgin halda olduqları üçün başa düşmək lazımdır

Müstəqil.Az saytının “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi ilə birgə həyat keçirdiyi “Dənizçi həyatı” layihəsinin bu dəfəki qonağı kimi Azərbaycan Dıvlət Dəniz Akademiyasının nəzdində  Təlim Tədris Mərkəzində keyfiyyətə nəzarət üzrə mütəxəssisi Yunusli Ayşən Vitya qızıdır.

-Lahiyəmizin adı “Dənizçi həyatı”dır. Sizə, ixtisasınıza, tutduğunuz görəvə görə bir qədər qəribə gəlmədi ki?

– Dənizçi olmasam da, dənizçilərə xidmət edən strukturda çalışmaq və daim kömək  etmək xoş bir haldır. Bu baxımdan heç bir qəribəlik görmürəm, özümü bu sahəyə yaxın bilirəm.

– Bu məqamda, sizi oxucularımızla daha yaxından tanış edək, özünüz haqda nə deyə bilərsiz?

– 1990-cı ilin iyul ayının 31-də Bakıda anadan olmuşam. 2007-2011 ci il tarixlərində Azərbaycan Dillər Universitetində ingilis dili  fakultəsində təhsil almışam. 2011-2013- cü illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında, 2013-2018-ci illərdə Dövlət Dəniz Akademiyasında və 2018-ci ildən indiyə kimi Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində  Təlim Tədris Mərkəzində keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsində çalışıram. Bununla yanaşı xarici şirkətlərlə təlimlərin təşkili və DP admin kimi də vəzifələri icra edirəm.

– Qeyd etdiyiniz kimi,  Siz dənizçi olmasanız da, işiniz bilavasitə dənizçilərlə, dənizçi peşəsi ilə bağlıdır. Özünüzü dənizə nə qədər yaxın bilirsiz?

– Səmimi deyirəm, dənizçi olmasam da bu peşə mənə doğmadır. Atam Yunusov Vitya ömrünün yarısını dənizdə keçirdib. O, Dəniz Nəqliyyat Donanmasının tankerlərində matorçu və bosman kimi çalışıb. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə  04 iyul 2008-ci il Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yaranmasının 150 illiyi ilə əlaqədar səmərəli fəaliyyətinə görə  “Tərəqqi” medalı ilə təltif edilib.  Atamın dənizçilik fəaliyyətindəki gərgin iş rejmində çəkdiyi əziyyətləri gördüyüm üçün və dənizçi övladı olmağın çətinliyini görən biri kimi dənizçiləri daha yaxşı başa düşürəm və çalışdığım qədəri ilə onlara kömək etməyə çalışıram.

-Müşahidələriniz, əlbəttə dənizin müxtəlif hava şəraitlərində, müxtəlif təbii hadisələrdə fərqliliyini sizə çatdırmamamış olmaz. Deyin, bəs dənizçiləri necə müşahidə etmisiz, onlar necə bir xarakteri ilə digərlərindən fərqlənir?

-İnsanlar müxtəlif xarakterə malik olurlar. Təbii ki, hamsı bir birinə bənzəyə bilməz. Onların ortaq nöqtəsi bu çətin peşədə çalışmaqlarıdır. Mən düşünürəm ki, aylarla, hətta illərlə ailəsindən, yaxınlarından uzaqda çətin hava şəraitlərində çalışan bu peşə sahiblərini əsəbi, gərgin olduqları halda belə başa düşmək lazımdır. Düşünürəm ki, biz işçilər onlara xidmət ediriksə, onlar olmazsa deməli biz də bu işi yerinə yetirə bilməzdik.
-Maraqlı yanaşmalarınız var. Deyin, müxtəlif ixtisaslar üzrə dənizçilərimizə təlimlər keçirsiz, onların biliyi, həyat təcrübəsi sizlərə nəyi diqtə edir?

-Təlim keçməsəm də, təlimlərdə müşahidə apardığım qədəri ilə  bilikli, bacarıqlı gənclərin bu peşəyə həvəsli olmağı sevindirici haldır. Onların gələcəkdə istinad edilə, təcrübələrindən yararlana biləcək mütəxəssis olacaqlarına zərrə qədər şübhə qalmır.

– Dostlarınız arasında dənizçi olmamış olmaz, onların dost olaraq seçilməsi üçün hansısa kriteriyalar varmı?

– Düşünürəm ki, insanlıq, dürüstlük ən vacib kriteyalardır.
– Dənizçilərimizin bilik səviyyəsi, seçdikləri ixtisasa maraqları, digər maraq dünyaları nə dərəcə təqdir oluna bilər?
-Doğrusu, mən onlarla çox ünsiyyətdə olmuram və kimin hansı maraq dünyası olmasını deyə bilmərəm. Atamın dənizçi olması və Ali təhsil aldıqdan sonra dənizçiliklə bağlı Agentlikldə, Dəniz Akademiyasında, Tədris mərkəsində işləməyim məni bu sahənin maraqlı olması qənaətinə gətirib.

– Bu gün Azərbaycan gəmiçiliyinin durumu nə səviyyədədir? Heç müqayisə etmisiz digər ölkələrin gəmiçilik şirkətləri ilə?

– Azərbaycan gəmiçiliyinin durumu inkişaf etmədədir. Bunu Gəmiçiliyimizin, heç kəsə sirr olmayan, göz önündə olan uğurları təsdiq edir.  Düzdür, mən gəmiçiliyimizi digər ölkələrin bu sahəsi ilə  müqayisə etməmişəm, amma düşünürəm ki, hər zaman irəli getmək lazımdır.
– Tədrisimizin səviyyəsi necədir? Dənizçilərimizi təmin edirmi?
Təlim-tədris mərkəzlərinin daha işlək, daha çevik və texnoloji cəhətdən inkişaf etməsi üçün hansı addımlar atılmalıdır?

– Təlim-Tədris Mərkəzi müasir səviyyədə fəaliyyət göstərən bir mərkəzdir. Daha çevik, daha yaxşı xidmət göstərmək üçün həmişə çalışırıq. İnanıram ki, sizlər də gələcəkdə bu yeniliklərin şahidi olacaqsınız.
– “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi artıq iki ildir ki, fəaliyyət göstərir. Bu Birliyin izləyicilərindənsiz, daha nələri tövsiyyə edərdiz?

-Daim irəli getməyi, nailiyyətlərinizin bol olmağını arzu edirəm. Dəniz sahəsində çalışan işçilərin həm sevincli, həm kədərli günlərində yanında olmağınız təqdirəlayiqdir. Bilirik ki, bir çox uğurlu lahiyələrə imza atmısız, bütün bunlar bir QHT üçün təqdirəlayiq haldır…

Söhbətləşdi: Faiq Balabəyli

Share: