Aysberqlər əridi: ABŞ-ın buzların altındakı gizli nüvə bazası dənizə axa bilər- SOS

Amerikanın illər əvvəl Qrenlandiyada qurduğu nüvə bazası buzların əriməsi ilə ortaya çıxa, tonlarla kimyəvi maddə dənizə axa bilər.

Müstəqil.Az  xarici mediaya istinadla xəbər verir ki, Amerika SSRİ ilə “soyuq müharibə” dönəmində Qrenlandiyada nüvə hərbi bazası qurub. Sözügedən hərbi baza buz qalıqlarının altında yaradılan tunellərdə yerləşir. Burada tonlarla kimyəvi məhsullar da toplanıb. Mütəxəsislər hesab edirlər ki, buzların əriməsi ilə bu hərbi baza ortaya çıxa, eləcə də tonlarla kimyəvi məhsul dənizə axa bilər.

Qeyd edək ki, “soyuq müharibə” illərində 200 nəfərlik mütəxəssis tərəfindən qurulan obyekt ABŞ-ın İcevorm-Buzsolucani Projesi kimi tanınır. Buzların altında 400 kilometr uzunluğunda tuneldə 600 ədəd balistik raket yerləşdirlib. “Soyuq müharibə” dövründən qalan bu obyekt hələlik buzların altında məxfiliyini qoruyur.

Xatırladaq ki, ilk dəfə 1967-ci ildə araşdırmaçılar tərəfindən gizli tunel tapılıb və beləcə ABŞ-ın proyekti haqda məlumatlar ortaya çıxıb.

Share: