Aysel Əlizadə ilə Şahbaz Xuduoğlu arasında qalmaqal: Hamımızı çox yaxşı tanıyırlar…

Aysel Əlizadə ilə Şahbaz Xuduoğlu arasında qalmaqal: Hamımızı çox yaxşı tanıyırlar…

“Qanun” nəşriyyatının icraçı direktoru Şahbaz Xuduoğlu ilə yazıçı Aysel Əlizadə arasında qalmaqal yaranıb.

Publika.az xəbər verir ki, A.Əlizadə ərik dərdiyinə görə bağın sahibi tərəfindən hücuma məruz qalması haqqında feysbukda status yazıb. O, bildirib ki, filmlərdə belə təsəvvür etmədiyi hadisə ilə üzləşib.

Yazıçının başına gələnlərə rəy bildirən Ş.Xuduoğlu adam özü əkmədiyini, becərmədiyini yalnız bazardan almalıdır deyib: “Bizimkilər öyrəniblər özgənin əriklərini yeməyi. Mən o kişiyə haqq verirəm. Ərik Bakıda çətin bitir. Daim su vermək lazımdır. İl boyu qulluq et, birdən çəpər dibindən keçən şairə ərik istəyir və iştahına məğlub olur. Məncə, kişi düz edib. Sovet vərdişlərinə son verin. Başqasının əməyinə hörmət edin. Özünüz becərmədiyinizi öz malınız hesab etməyin. Fərqi yoxdur, kitab olsun, ya ərik…”.

A.Əlizadə isə ona belə cavab verib: “Şahbaz Xuduoğlu məni dövlətlə şantaj edir. Küçədə ərik dərdiyim üçün yaşadığım hadisəyə şərh yazıb ki, bu dövlət ərik oğrularını bağışlamır, o əriyə görə sənlə dalaşan kişinin vəkilliyini özüm edəcəm. Çox sevinirəm, adamların özlərini sonacan gizlədə bilməmələri üçün ikicə cümlə bəs edir. Kitab oğurluğu ilə bağlı köşəmə dözə bilməyib, olsun. Növbəti videoya da dözməz, inşallah. Mən sizdən fərqli olaraq bu dövlətdən qorxmuram, Şahbaz bəy. Dövlət hamımızı çox yaxşı tanıyır. Bu dövlət məni heç kimin işverən xislətinə görə cəzalandırmaz. Bunu ağlınızın bir yerində saxlayın. Bir dəfə biri cəhd elədi, yaxşı olmadı…”

Məlumat üçün bildirək ki, Şahbaz Xuduoğlunun Aysel Əlizadəni tənqid etməsinin səbəbi bir neçə gün əvvəl yazıçının “Ali və Nino” kitab mağazasından iki kitab oğurlamaqda ittiham olunan gənclərin müdafiəsinə qalxması olub.

Share: