“Azərbaycan təyyarəsini Rusiya vurub” – Hərbi ekspertdən ŞOK AÇIQLAMA

“Dünən(25.07.2019) baş vermiş faciə ilə əlaqədar hər kəs çox narahatdır və Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarına aid MiQ-29 təyyarəsinin təlim-məşq uçuşları zamanı qəzaya uğramasının səbəbləri ilə maraqlanır. Ən əsası da, peşəkar zabiltimiz polkovnik-leytenant Rəşad Atakişiyevin taleyindən hələ də məlumat olmadığından daha çox üzülürük”. 

Müstəqil.Az  Eurasia Diarya istinadən bildirir ki bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov özünün feysbuk səhifəsində qeyd edib.

Hərbi ekspert yazır ki, Azərbaycana məxsus MiQ-29 döyüş təyyarəsi Rusiya hərbiçiləri tərəfindən sıradan çıxarılıb:

“Yazacağım qeydlərə və versiyaya çox xahiş edirəm ki, heç bir siyasi rəng və çalar qatılmasın. Və yazdıqlarımın da qətiyyən guya Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına yönəlik addım olmasını da qətiyyətlə bəri başdan rədd edirəm. Çox xahiş edirəm ki, Müdafiə Nazirliyinin rəhbərliyi və yaradılmış komissiya üzvləri hərtərəfli, geniş yoxlama işləri apardıqdan sonra özləri qərar versinlər.

Azərbaycan Müdafiə Nazirliyinin pilotu və MiQ-29 döyüş təyyarəsi Rusiya Müdafiə Nazirliyinin Cənub Qoşunlarının tərkibinə daxil olan Xəzər Donanmasının hərbçiləri tərəfindən səhvən radioelektron avadanlıqların istifadəisi ilə sıradan çıxarılıb. Baxmayaraq ki, Rusiya tərəfinin də məlumatı var idi ki, bizim hərbi pilotlarımız gecə uçuşları həyata keçirəcəklər. Sadəcə, axşam saat 22 radələrində Rusiya tərəfinin hərbçiləri ya bilərəkdən, ya da bilməyərəkdən (bunu yalnız istintaq qrupu araşdıra və dəqiq qiymət verə bilər) ən müasir REM vasitələrini işə salaraq MiQ-29 təyyarəsinin fəaliyyətini iflic ediblər. Bu məlumatı mənə ölkəmizdən kənar çox mötəbər bir hərbi diplomat bir neçə saat bundan əvvəl verdi. Və sizi tam əmin edirəm ki, hadisənin baş vermə vaxtı və iyulun 18-dən rusların məhz Xəzər dənizinin Şimal istiqamətində təyyarəmizin qəzaya uğradığı ərazinin lap yaxınlığında REM qoşunlarının genişmiqyaslı hərbi təlimlər keçirməsi ilə birbaşa əlaqəsinin olması Azərbaycanın MiQ-29 təyyarəsinin ya qəsdən, ya da bilməyərəkdən “söndürülməsi” versiyasını tam əsaslandırır.

 

Image result for Военно-воздушные силы России на Каспии

Yazdıqlarımı qətiyyən heç bir siyasi çalar vermədən təhlil edilməsini həm xahiş, həm də gələcəkdə belə faciələrin baş verməməsi nöqteyi-nəzərdən yoxlanılmasını vacib sayıram”.

Müstəqil.Az

Share: