Azərbaycana dəfələrlə gələn ərəb şeyxindən maraqlı fotolar

BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum sosial mediada yeni fotolarını paylaşıb.

Müstəqil.Az xəbər verir ki, tez-tez Azərbaycana səfər edən şahzadənin zəngin həyat tərzini göstərən fotolarını izləyiciləri maraqla qarşılayıb.

İnstaqramda 8 milyondan çox təqibçisi olan ərəb şeyxinin şəkilləri sosial mediada ən çox bəyənilən və rəy yazılanlar sırasındadır.

Qeyd edək ki, “Fazza” ləqəbilə şerlər yazan şahzadə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. “Forbes”in “dünyanın ən zəngin varisləri” siyasında olan gənc oğlanın varidatı 18 milyard dollar dəyərindədir.

Share: