Bu gün parlament “Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini təsdiq edib.
2018-ci ildə Azərbaycanda yaşayış minimumu 173 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat proqnozlaşdırılır.
2017-ci ildə yaşayış minimumu 155 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat və uşaqlar üçün 136,6 manatdır.
Müstəqil.Az