Cari ilin yanvar ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3 442,2 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 2,3% azalıb.
Bu barədə “-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verib.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 3 250 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 2,2% azdır.
Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2 462,8 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 3 269,1 mlrd. kub metr təşkil edib.
“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 8,3% azalıb, əmtəəlik qaz hasilatı isə 4,2% artıb”, – məlumatda qeyd olunur.
Qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 2 467,9 min ton neft (8,3% azalma) və 4 252,9 mln. kubmetr qaz (0,6% artım) hasil edilib.