Azərbaycan 60 medalla 4-cü yeri tutub

Azərbaycan 60 medalla 4-cü yeri tutub

Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarını 60 medalla başa vurub. Medallardan 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc əyarlı olub.

Beləliklə, Azərbaycan medal əyarında 4-cü, medal sayında isə 5-ci yeri tutub.

Qeyd edək ki, I MDB Oyunlarında 9 ölkə mübarizə aparıb.

Share: