Azərbaycan ailəsində vəhdət hissinin yaradılması və yaşadılması, valideyn-uşaq münasibətlərinin düzgün qurulması çox vacibdir.

Azərbaycan ailəsində vəhdət hissinin yaradılması və yaşadılması, valideyn-uşaq münasibətlərinin düzgün qurulması çox vacibdir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ailələrə Sosial Dəstək” ictimai birliyi “Ailə institutunun inkişafında adət-ənənələrin rolu” layihəsi çərçivəsində Quba rayonunda tədbirlər keçirib.
Maarifləndirici tədbirlərdə layihə rəhbəri Esmira Rəhimova yeniyetmələrə ailə dəyərləri sisteminin formalaşdırılması, nümunəvi ailələrin təbliğ edilməsi, ailədə övladlar arasında ayrıseçkiliyin mənfi təsirləri və erkən nikahın fəsadları barədə məlumatlar verdi. Bildirdi ki, layihə çərçivəsində aparılan maarifləndirmə işi ailə institutunun inkişafında öz sözünü deyəcəkdir. Qədim tarixə malik Quba rayonunda müxtəlif xalqların nümayəndələri (tatlar, yəhudilər, ləzgilər, ruslar, tatarlar və digərləri) yaşayır. Onların yeniyetmə övladları da layihə vasitəsi ilə Azərbaycanın ailə dəyərləri, adət-ənənələri barədə maarifləndilər.
Layihənin eksperti yeniyetmələrə qurduqları ailədə sağlam mühitin formalaşması üçün milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sahib çıxmağı tövsiyə edib.

 

Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləri, adətləridir. Adətlərimiz və dəyərlərimiz xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik və bu dəyərlərin, adət-ənənələrin gənc nəsillərə ötürülməsi qarşımızda duran əsas şərtlərdəndir. Milli dəyərlərimizin, ailə adətlərimizin qorunub saxlanılması sayəsində Azərbaycan ailəsi həmişə uzunömürlüyü ilə seçilib. Azərbaycanda kifayət qədər nümunəvi, uzun ömürlü, cəmiyyət üçün layiqli övladlar böyüdən ailələr var.
Bu gün qloballaşma və modernləşmə şəraitində ailələr texnoloji və iqtisadi inkişafın gətirdiyi müxtəlif problemlərlə qarşılaşır. Mənəvi dəyərlərin zəifləməsinə səbəb olan bu problemlər ailənin sosial statusuna təsir göstərir. Artıq ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, cəmiyyətin saflığının və əxlaqi dəyərlərinin qorunması, gələcək nəslə ötürülməsi aktual problemə cevrilir. Hazırda dövlət ailə siyasəti Azərbaycan Hökumətinin diqqətində olan mühüm məsələlərdəndir. Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazaya malikdir. Lakin, təəssüf ki, bu gün erkən nikah və təhsildən yayınma halları, tək valideynli, tək uşaqlı ailələrin sayı artıb. Azərbaycan ailəsində vəhdət hissinin yaradılması və yaşadılması, valideyn-uşaq münasibətlərinin düzgün qurulması çox vacibdir. Bu sahədə maarifləndirmə və düzgün təbliğat işi çox böyük rol oynayır.
Buna görə də layihənin icrası vasitəsi ilə ailə institutunun inkişafı istiqamətində düzgün təbliğat işi aparmaq niyyətindəyik və layihənin davamlı olması günün vacib şərtidir.

Rəhimova Esmira.

Müstəqil.az

Share: