“Azərbaycan Dəmir Yolları” QSC-də bələdçilərin maaşlar kəsiləcək.
Bu haqda Müstəqil.Az-a adı çəkilən qurumdan məlumat verilib.
Məlumatda bildirilib ki, növbəti aydan qatar bələdçilərinin maaşlarının 3-də biri kəsiləcək. Belə ki, bu vaxta qədər 379 AZN maaş alan bələdçilərin aylıq əmək haqqı bundan sonra 229 AZN olacaq.
“Azərbaycan Dəmir Yolları”QSC münasibət bildirərkən bunun sərnişindaşıma ilə bağlı yaranan böhranla əlaqəli olduğunu deyib. Bildirilib ki, işdən çıxarılanlar və maaşları azaldılanlarla bağlı DOST mərkəzlərində yeni işlərin tsapılması üçün yardımlar göstərilir.
Müstəqil.Az