Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və sertifikatlarının etibarlılıq müddəti uzadılıb

Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və sertifikatlarının etibarlılıq müddəti uzadılıb

Müstəqil.Az xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyindən AZƏRTAC-a bildirilib ki, qərara əsasən, Azərbaycan dənizçilərinin şəxsiyyət sənədinin, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair beynəlxalq konvensiya”nın tələblərinə uyğun olaraq dənizçilərə verilən sertifikatların (diplomların) və digər sənədlərin etibarlılıq müddəti 2022-ci il martın 31-dək uzadılıb.

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyi tərəfindən Beynəlxalq Dəniz Təşkilatına, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, həmçinin gəmiləri heyətlə komplektləşdirən agentliklərə və aidiyyəti şəxslərə bildiriş göndərilib.

Etibarlılıq müddətinin uzadılması üçün gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər qeyd olunan sənədlərlə – gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub; mövcud şərtlərə əsasən, liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş; əmək müqaviləsinin surəti ilə birlikdə müvafiq müraciəti Dövlət Dəniz və Liman Agentliyinin [email protected]  elektron poçt ünvanına göndərməlidirlər.

Müstəqil.Az

Share: