Azərbaycan Hökuməti ilə Qətər Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş imzalanıb.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirilən mətbuat konfransında bildirib.
Sazişi Azərbaycan xarici işlər naziri və Qətərin xarici işlər naziri imzalayıb.