Azərbaycan erməni hərbçilərin meyitlərini təhvil verdi – RƏSMİ

Azərbaycan erməni hərbçilərin meyitlərini təhvil verdi – RƏSMİ

 

“Azərbaycan tərəfi Ermənistana 30 erməni əsgər və zabitin meyitini və iki yaşlını təhvil verib”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tərtərə səfərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, döyüş meydanında qalan 30-a yaxın erməni əsgər və zabitin, eyni zamanda, iki nəfər yaşlı erməni vətəndaşın Ermənistan tərəfə verilməsi istiqamətindən Prezident İlham Əliyev tərəfindən təşəbbüs irəli sürülüb:

“Ermənistan tərəfindən bu məsələdə xoş niyyət göstərilmirdi. Rusiyanın Müdafiə Nazirliyinin humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və nəticə etibarilə öz vətəndaşlarının və əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılıq verilib. Hazırda bu əməliyyat başa çatıb”.

“Rusiya Müdafiə Nazirliyinə, Beynəlxalaq Qızıl Xaç Komitəsinə və ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinə təşəkkürümüzü bildiririk.

Bu, bir daha onu göstərir ki, Azərbaycanın beynəlxalq humanitar hüquqa sadiqliyini nümayiş etdirir”, – deyə H.Hacıyev qeyd edib.

Prezidentin köməkçisi Oxu.Az-a açıqlamasında bildirib ki, təhvil verilən meyitlər hələ hamısı deyil.

Share: