Britaniya Parlamentində Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar nəticəsində Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistan Respublikasının Baş nazirinin ofisi tərəfindən verilmiş 7 dekabr tarixli birgə bəyanata dəstək ifadə olunub.
Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən -ya verilən məlumata görə, İcmalar Palatasının üzvü David Duquid Parlamentdəki çıxışında birgə bəyanata tarixi hadisə kimi istinad edib. O, Azərbaycanla Ermənistan arasında davamlı sülh müqaviləsinin əldə edilməsi istiqamətində Britaniya hökuməti tərəfindən görülən işlər barədə sual verib.
Cavab olaraq Britaniya Xarici İşlər Nazirliyində Avropa üzrə nazir Leo Dokerti bildirib ki, Azərbaycan və Ermənistanın ikitərəfli münasibətləri normallaşdırmaq barədə niyyətlərini təsdiq edən birgə bəyanat vermələri ruhlandırıcıdır. Nazir qeyd edib ki, Britaniya Azərbaycan və Ermənistanın tarixi və davamlı sülh əldə etmək istiqamətindəki səylərini tam şəkildə dəstəkləyir.
David Duquidin Britaniya Parlamentindəki çıxışına aşağıdakı keçid vasitəsi ilə baxmaq olar: