Müharibədən bir ildən çox vaxt keçdikdən sonra Ermənistanın D-20 diviziyasının bir qrup hərbçisinmin cəsəd qalıqları tapılıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, dekabrın 2-də 9 hərbçinin dəfn mərasimi keçiriləcək. Məlumatı hərbçilərdən birinin qohumu təsdiqləyib.
“D-20 diviziyasının cəsədləri tapılan hərbçiləri üçün dəfn mərasimi dekabrın 2-də saat 16:30-da İrəvandakı Müqəddəs Qriqori İlluminator kafedralında keçiriləcək”, – hərbçinin qohumu bildirib.
Qeyd edək ki, həmin hərbçilərin cəsəd qalıqlarını Azərbaycan tərəfi bu il noyabrın 2-də Ermənistan tərəfinə təhvil verib.
Belə ki, təhvil-təslim Xocavənd rayonunun Qırmızı Bazar (Karmir Şuka) kəndinin yaxınlığında Rusiya sülhməramlı qüvvələrinin müşayiəti ilə baş tutmuşdu. Bu aman 11 nəfərin qalıqları Ermənistan tərəfinə təhvil verilmişdi.
Cəsəd qalıqları üzərində məhkəmə-tibbi ekspertizası araşdırma aparandan sonra, bu günlərdə 9 nəfərin kimliyini müəyyən etmək mümkün olub. Həmin hərbçilər Ermənistanın D-20 diviziyasından olan artilleriyaçılardı.
11 cəsəddən 9-nun ad-soyadı da açıqlanıb: David Azatyan, Hayk Antonyan, Karen Danielyan, Artak Mikaelyan, Narek Ohanyan, Vahe Papyan, Hayk Papikyan, Ruben Poqosyan, Samvel Poqosyan.