Azərbaycan gimnastları Nicat Mirzəyev və Ammar Baxşaliyev batut gimnastikası üzrə “Latvian Cup” beynəlxalq turnirində qızıl medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, milli komandanın üzvləri fərdi proqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, turnir Latviyanın paytaxtı Riqada keçirilir.