“Azərbaycan, gözün aydın, Ali Baş Komandan, var olun!” 

“Azərbaycan, gözün aydın, Ali Baş Komandan, var olun!” 

Uzaq səfərlər kapitanı Nazim Həbibov BƏƏ- dən Dubayda, Abu-Dabidə, Qətərdə, Dohada üzən dənizçilərimiz adından yazır

Azərbaycan, gözün aydın,  Ali   Baş Komandan, var olun! 
Dağlıq Qarabağ  və  onun  ətrafında işğalçılıq siyasəti  yeridərək, tarixi Azərbaycan ərazilərini  zəbt etməyə   hələ ötən əsrin  əvvəllərindən başlamış  daşnak ermənilər türk -müsəlman  qanına susadıqlarını  çirkin əməl və niyyətləri ilə dəfələrlə təsdiq etmişdilər.  Azərbaycan torpaqlarına  təcavüz edən erməni vandalları müharibənin qanunlarına əməl etməyərək, beynəlxalq səviyyədə qəbul olunmuş qətnamələrin,  bağlanmış saziş və müqavilələrin tələblərinə heç bir məhəl qoymayaraq, onların tələblərini   özlərinə məxsus hiyləgərliklə və qəddarlıqla pozaraq, uşağa, böyüyə, qadına, qocaya, cavana aman belə vermədən,  Azəbaycan xalqına qarşı  soyqırım siyasəti həyata keçirərək , əsl simalarını bütün dünyaya tanıtmışlar. (Təəssüf ki, dünya bəzən belə haqsızlıqları görməzliyə vurur, özlərinə sərf edən mövqe sərgiləyir-red.)
 Son vaxtlarda  Azərbaycan üçün  strateji əhəmiyyət kəsb edən  bölgələrimizdə həyata keçirtdikləri növbəti təxribatları  dediklərimizin əyani sübutudur. Ermənilər bir daha məkrli sifətlərini bütün  dünyaya bəyan etdilər. Mənfur düşmənin  nifrətə layiq işğalcılıq  siyasəti nəticəsində  neçə- neçə  igid, qorxmaz, mərd, cəsur və cəngavər oğul və qızlarımız vətən üçün, torpaq üçün  şəhid oldular, arzuları yarımçıq qaldı, dünyadan nakam köçdülər. Onların qısa,  lakin şərəfli ömür və döyüş yolları tarixiləşib, indiki və gələcək nəsillərə əsl örnəyə çevrıldi. Qnları Vətən torpağını müqəddəs etdi, ruhları Vətən göylərində dolaşmaqla, qələbə günün sevincini yaşamaqda davanm etmədə.
Şəhidlik zirvəsi ən uca zirvədir. İnsanı  bu  zirvəyə ucaldan yollar isə  vətənpərvərliyin, igidliyin, cəsurluğun, mərdliyin, qəhrəmanlığın,  ölməzliyin, əbədiliyin müqəddəs amalından keçir. Bu zirvəyə yüksəlmək üçün insanda ilk növbədə  vətənpərvər ruh olmalıdır. Azərbaycan gəncliyi  tarixin  bütün dönəmlərində, o cümlədən son otuz ildən artıq bir dövr ərzində  saglam ruha qadir olduqlaqını dönə – dönə sübüt etdilər,  qanları, canları,  sağlam düşüncələri ilə… Dövlət Himnimizdə deyildiyi kimi:
 ” Azərbaycan, Azərbaycan!
 Ey qəhrəman övladın şanlı vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
 Səndən ötrü  qan tökməyə cümlə qadiriz!”
 Bu  gün  Azərbaycan oğulları lazım gəldikdə  sinəsini  “hərbə meydan”  edərək, vətən torpağının hər qarışının  müqəddəsliyi və toxunulmazlığı   uğrunda canını qurban verir, şəhidlik zirvəsinə yüksəlir. Dövlətimiz və  xalqımız onların  adllarını və  xatirələrini uca tutaraq, abidələrini ucaldır, tədris müəssisələrinə, digər idarə və təşkilatlara, o cümlədən küçə və xiyabanlara   və s. onların adları verilir,adlarına bulaq kompleksləri  inşa  edilir,  əsərlər  həsr olunur, qəzet, jurnal məqalələri  yazılır,adlarınına seirlər qoşulur, mahnılar bəstələnir  və  s.
Təqribən otuz ildən artıq  bir müddət ərzində  müharibə şəraitində yaşayan, hər an  hardasa  şəhid verəcəkləri günü nigarançılıqla yaşayan  xalqımız yenidən mənfur düşmənin  çirkin əməlləri, işğalçılıq niyyətləri ilə üz- üzə qaldı, lakin bu müharibədə   Azərbaycan xalqı haqq mübarizəsi aparır.Bu  gün  hər bir azərbaycanlı böyük  inam və  qürur hissi ilə bu  haqq  mübarizəsini dəstəkləməlidir.
Odur ki , biz xaricdə  fəaliyyət  göstərən  azərbaycanlılar,  o cümlədən dənizçilər  ölkə Prezidenti, möhtərəm İlham Əliyevin haqq mübarizəsini dəstəkləyir və ona BƏƏ- də, xüsusən də Dubayda, Abu-Dabidə, Qətərdə, Dohada və s. şəhərlərdə fəaliyyət göstərən dənizçilər adından kiçik bir mütaciət ünvanlayırıq:
Möhtərəm cənab  Prezident, Ali Baş  Komandan!
Biz xaricdə fəaliyyət göstərən  azərbaycanlı dənizçiləri, ilk növbədə, Sizə təşəkkürümüzü bildirmək istəyirik. Вu gün ölkəmiz üçün çox ağır olan bir dönəmdə  üzərinizə böyük məsuliyyət düşür.Məlumdur ki, Sizin  rəhbərliyiniz altında Azərbaycan   böyük uğurlara imza atmışdır. Bu uğurların hər birisi,  respublikamızın daxilində  olduğu kimi,  beynəlxalq arenada da  müsbət qarşılanıb. İllərlə  beynəlxalq qurumlara haqq səsimizi çatdırdınız, haqqlı  ola-ola haqqsız duruma düşdüyümüzü bəyan etdiniz ,lakin həmin qurumlar tərəfindən  böyük məsuliyyətsizlik,etinasızlıq və laqeyidlik  göstərildi. O qurumlar bu gün Sizdən  döyüşlərin  dayandırılmasını  təkid edirlər.Belə olduğu halda düşünürsən ki, bu qurumların qəflət yuxusundan ayılması üçün, Azərbaycan xalqının gücünü görmək mütləq idi. Bütun bunlara qarşı  səbr, təmkin ,dözum nümayiş etdirdiniz, bir sözlə  tolerant münasibət bəslədiniz.
Erməni təbliğat- təşviqat şəbəkələri 30 ildən artıqdır ki, eybəcər niyyətlərinə  haqq qazandırır,məkrli  anti -Azərbaycan təbliğatı aparırlar. Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası ilə yaşayırlar və bunun nəticəsidir ki, Azərbaycan xalqına qarşı  tarixdə misli görünməmiş vəhşiliklər törədirlər.
Möhtərəm Prezident, biz BƏƏ, Səudiyyə Ərəbistanında,Qətərdə, Brazilyada, Sinqapurda, Afrikada, bir sözlə dünyanın bütün  ölkələrində fəaliyyət göstərən və bacardıqları qədər Azərbaycanın dövlətçilik ənənələrərini  qorumağa çalışan  Azərbaycan dənizçiləri  Sizi  dəstəkləyir və imkanımız  daxilində   olduğumuz ölkələrdə Azərbaycanın  haqqın, ədalətin, demokratiyanın ,humanizmin tərəfdarı olduğunu  çatdırmağa çalışırıq.
  Möhtərəm Prezident , İstər xaricdə,  istərsə də  ölkəmizdə fəaliyyət göstərən  dəniz fədailəri  adından Sizi əmin edrik ki,  harada fəaliyyət göstərməyimizdən asılı olmayaraq bütün varlığımızla, ruhumuzla Sizin,xalqımızın və Azərbaycan torpaqlarının  müdafiyəsi, onun hər qarışı  üçün şirin canından keçməyə belə qadir olan mərd ,cəsur, qeyrətli Azərbaycan əsgərinin yanındayıq.
Allah Sizləri qorusun,  yardımçınız  olsun.”
Onu da qeyd etmək yerinə düşərdi ki, xalqımızın   çətin dönəmində  sələflərinin yolununu  uğurla davam etdirərək,bizə mənəvi dəstək duran  qardaş Türkiyə Cümhuriyyətinə , müstəqilliyimizi ilk tanıyan  dövlətlərdən biri olan dost  Pakistan dövlətinə və  o cümlədən  bizə dəstək olan, səsimizə səs verən  bütün ölkələrə dənizçi ehtiramımızı  bildiririk.
Bütün dünya bu gun “ Korona“ virusu ilə mübarizə aparır, lakin unutmaq olmaz ki , erməni  Koronadan da təhlikəli “ virusdur”, insan cəmiyyəti üçün qorxulu , iyrənc və  təhlükəli virus.
  Lakin qüdrətli və güclü orduya malik Azərbaycan və onun  Prezidenti, Ali  Baş Komandan ilham Əliyev  xalqımızın istək və arzularını ifadə edərək , bizə qələbə sevincini yaşadacaq və birlik, əzmkarlıq nümayiş  etdirərək,  düşmən işğalında olan Qarabağ torpaqlarımızı geri qayraracağıq. Bizim  güclü və yenilməz ordumuz hər an  düşmənlərimizi torpaqlarımızdan çıxarmağa  hazırdır, lazım gələrsə biz də hər birimiz , Azərbaycan əsgəriyik.
 Unutmayaq ki, biz milyonlarıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək,onun ərazi bütövlüyünü  və tarixi gerçəklikləri bərpa etmək.
Sonda isə şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyərək, son hadisələrə olan münasibətimi Prezidentimizin bir pozitiv və qürurverici   fikiri ilə tamamlamaq  istəyirəm:
 “Qarabağ Azərbaycanındır,
   Qarabağ  Azərbaycandır!”
Biz haqq yolundayıq, qələbə bizimdir, ona görə də, deyirik -gözün aydın ,AZƏRBAYCAN !
Uzaq səfərlər kapitanı, Nazim Həbibov 
Birləşmiş Ərəb Əmirliyi, Abu Dahabi 
Müstəqil.Az üçün
Share: