“Azərbaycanda ən böyük banklara potensial dövlət dəstəyi yüksək olaraq qalır”.
“-Economics” xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən bildirilib. “Moody’s” qeyd edib ki, Azərbaycan Dövlət Neft Fondu və Mərkəzi Bank tərəfindən toplanmış ümumi ehtiyatlar 2023-cü ilin sonuna ÜDM-in 100%-ni ötüb. Bu baxımdan, hökumət iqtisadiyyatı və yüksək dollarlaşmış, ümumi aktivləri ÜDM-in təxminən 35%-ni təşkil edən bank sistemini dəstəkləməyə qadirdir.
Agentlik qeyd edib ki, dövlət dəstəyi və sistem əhəmiyyəti ötən il uzunmüddətli depozit reytinqi qiymətləndirilən 5 Azərbaycan bankından 3-nün İlkin Kredit Qiymətləndirmələri üzrə (BCA) reytinqinin yüksəlməsinə təsir edib: “Biz 31 dekabr 2023-cü il tarixinə sektor üzrə aktivlərin 58%-nə sahib olan 23 kommersiya bankından 5-ni qiymətləndirdik. Bizim fikrimizcə, Azərbaycan banklarının BCA-ları, onların müstəqil maliyyə gücünə dair ölçülmüş göstərici ilə ba3-dən b2-yə qədər üç pilləli diapazonda paylanır. 1 bankın reytinqi b1, 3 bankın reytinqi b2, 1 bankın reytinqi isə ba3 səviyyəsində qiymətləndirilib. 3 bank üzrə proqnoz “müsbət”, 2 bank üzrə is “stabil” olaraq qiymətləndirilib. Bankların uzunmüddətli depozitlər üzrə orta çəkili reytinqi isə ba3 səviyyəsindədir”.