“İran Azərbaycanı İranı xarici hücumlardan qoruyan bir qala idi. Çar Rusiyası, Osmanlı İmperiyası və Sovet İttifaqı ilə üz-üzə qaldıq. Təbriz, müqavimət və şəhidlər olmasaydı, bu təcavüz ölkənin digər bölgələrinə də yayılardı”.
Müstəqil.Az “Tasnim” agentliyinə istinadən bildirir ki, bunu İranın Ali lideri Ayətullah Əli Xamenei 1978-ci ildə Təbrizdə genişmiqyaslı etiraz aksiyasının ildönümü ilə əlaqədar azərbaycanlı əhali ilə görüşdə bəyan edib. Görüş videokonfrans rejimində keçirilib.
Xamenei qeyd edib ki, Azərbaycanın tarixinə düzgün yanaşma olmadan bütün İranın tarixinə düzgün yanaşma ola bilməz.
“Təbrizlilərin qəhrəmanlığı olmasaydı, Qumdakı qanlı hərəkat unudula bilərdi” – o deyib.
Ayətullah Xamenei çıxışı zamanı Azərbaycanın hər zaman görkəmli şəxsiyyətləri ilə seçildiyini qeyd edib.
“Bu sahənin əsas xüsusiyyətlərindən biri elitizmdir. Əgər son 200 ilin tarixinə nəzər salsaq görərik ki, bu, çox fəal sahədir”, – deyə o bildirib.
Ayətullah Xamenei, düşmənlərin davamlı olaraq İrana qarşı informasiya və psixoloji müharibə apardıqlarını vurğulayaraq İslam inqilabının nailiyyətlərini daha fəal təbliğ etməyə çağırıb.
Qeyd edək ki, 17 fevral 1978-ci ildə Təbrizdə Şah rejiminə qarşı etiraz İranda İslam inqilabının qələbəsində mühüm rol oynayıb.
Müstəqil.Az