Azərbaycan karateçiləri İspaniyanın Qvadalahara şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıblar.
“Report”un məlumatına görə, İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) finalda uduzaraq, ikinci yerlə kifayətləniblər.
Tural Ağalarzadə (67 kq) və Fərid Ağayev (75 kq) bürünc medal görüşündə qalib gəlməklə fəxri kürsüyə qalxıblar. Fidan Teymurova (50 kq) turniri 5-ci pillədə başa vurub.
Qeyd edək ki, Avropa çempionatına 48 ölkədən 468 idmançı qatılıb.