Azərbaycan maşınları Ermənistanda tıxaca düşüb: “Elə bil, öz ölkələrində idilər”

Azərbaycan maşınları Ermənistanda tıxaca düşüb: “Elə bil, öz ölkələrində idilər”

“Sünik (Zəngəzur – red.) vilayətinin Gorus-Qafan yolunda Tasi yaxınlığındakı döngədə Şurnux kəndi istiqamətində Azərbaycana məxsus avtomobillər tıxaca düşüb. Onlar Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edirdilər”,- deyə Gorus merinin müavini Menua Ovsepyan yerli mətbuata açıqlamasında bildirib.

Bizimyol.info xəbər verir ki, M.Ovsepyan tıxacda Ermənistan sakinlərinin də olduğunu deyib: “Onlar yol sahəsi boyunca dayanmışdılar. Tıxacda Ermənistan vətəndaşlarına məxsus mülki avtomobillər də vardı. Azərbaycandan gələnlər özlərini arxayın hiss edirdilər, sanki öz ölkələrində idilər, avtomobillərdən düşmüşdülər, amma bizim vətəndaşlar öz maşınlarında özlərini təhlükədə hiss edirdilər”.

Azərbaycan maşınları Zəngəzurda tıxaca düşüb

Mer müavininin sözlərinə görə, Azərbaycan nümayəndələri Şurnux kəndi ətrafında sərhədin demarkasiyası üçün gəlirmişlər. “Amma heç kim onlara torpaq verən deyil. Bizim ölkənin yiyəsi yoxdur. Bütün günü türklərlə özümüz danışıqlar aparırıq. Paşinyan hələ də deyə bilmir ki, bizim sərhədlərimiz harada yerləşir. Torpaqlarımızı satıblar, bu kəndin taleyi heç kim üçün maraqlı deyil”,- deyə meriya təmsilçisi gileylənib.

Azərbaycan maşınları Zəngəzurda tıxaca düşüb

Onun sözlərinə görə, Paşinyan sərhədlər barədə düşünmək əvəzinə, növbədənkənar seçkilər barədə fikirləşir: “O, vətənsiz birisidir. Bu gün Sünikdə baş verənlərə görə cavab verməli olacaq”.

Müstəqil.Az

Share: