Azərbaycan MEA-nın Rəyasət heyətinin üzvlərinə sərt bir mesaj: – Onu Sizlər öldürdü…

Azərbaycan MEA-nın Rəyasət heyətinin üzvlərinə sərt bir mesaj: – Onu Sizlər öldürdü…

Fikrlərinə və ürəyinə dar ağacı quruldu…

Fəxri Xiyabana girəndə qarşıma ağır bir yük altında sürünən günəş rəngli bir Qarışqa gördüm. Aman Allah, dedim – o necə də sürətlə gedirdi, dayanmırdı. Caynaqlarına keçirib, ardıyca sürüdüyü buğda dənəsini aparmağında idi. Hara gedirdi, hansı məzara doğru sürünürdü bu Qarışqa? Kimin ziyarətinə gedirdi, anlamadım.

 

Bir yerdə oxumuşdum ki, Qarışqa öz ruzisini mənzil başına çatdırmaq üçün, düz 72 dəfə dayanıb, dincəlir. O hər dayananda deyir: “…Biz qarışqalara zalım dünyada nicat verən Allaha həmd olsun… Bu zalım dünyada bir rahatlıq tapmadım…”

…Neçə il bundan öncə qədim bir arxivdə keçmiş ittifaqın saralmış qovluqlarını vərəqlədim. 102 saylı qovluq mənim üçün daha önəmli idi. Azərbaycanın MEA-dan Moskvaya göndərilən rəngbərəng, imzasız məktublara etinasız qala bilmədim. Üstündə “Məxfidir” yazılmış bu alim məktubları rus alimlərini də bezdirib, əldən salmışdı. Məktub müəllifləri iddia edirdilər ki, azərbaycanlı professor Muxtar Rzaqulu oğlu Abduyevin elmi fəaliyyətinə qadağalar qoyulsun… bütün Akademiyanı çaşdırıb. (?)

Etiraf edim ki, mən hələlik professor Muxtar müəllimi tanımırdım. Amma “KQB” generalı V.İ.Larin təklif edirdi ki, mən professor Muxtar müəllimlə ciddi maraqlanım və əslində mənim axtardığım məsələ də elə bu məktublardadır. Bütün bunları mənə general Larin deyirdi. O, çox ağıllı və müdrik adam idi…

General Azərbaycan torpaqları istiqamətində ciddi araşdırmalar aparırdı. Eyni xətti mən professor Muxtar müəllimdə də görürdüm. Hiss etdim ki, bütün məktublar qısqanclıqla yazılıb. Paxıllıqla, xainliklə müzakirə edilərək Moskvaya göndərilib.

Mən Moskvada qaldığım günlərdə həmin saxta, əvvəli-sonu bilinməyən məktibları oxudum… Bu məktubların hər biri xain və yaxud düşmən gülləsindən betər idi. Gərək insanda elə bir ürək olsun ki, bütün deyilənlərə tap gətirsin…

Azərbaycan torpaqları ilə bağlı, onun bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində MEA-nın bir qrup akademiki iddia edirdilər ki, torpaqlarımızın bir hissəsi Ermənistana verilsin və çəkilən xəritələrdə bu məsələ göstərilsin.

Araşdırma materiallarına görə bu ciddi və taleyüıklü məsələ o vaxt (1977-ci il) Azərbaycan KP MK-də qapalı şəkildə müzakirəyə çıxarılır. (Həmin vaxt Heydər Əliyev Moskvaya çağrılır. Məsələ onsuz müzakirə olunur). General-polkovnik B.larin və onun köməkçisi Y.B.Porçunov (hər ikisi kəşfiyyat generalları kimi Əfqanıstanda vurulublar və Azərbaycanı çox seviblər).

General B.Larin xatırladırdı ki, professor Muxtar Abduyejv indiyədək elmə məlum olmayan çox ciddi bir məsələnin üstünü açıb. Qarabağ torpaqlarında apardığı tədqiqatlarında yekun bir qənaətə gəlib.

Göstərir ki, Qarabağ torpaqlarının altında 16 yerdə biri-birinə bağlanmış Piramida var. Və bu piramidalar nəinki Qarabağı, bütöv Azərbaycanı daşqınlardan, parçalanmaqdan, torpaqları məhv olmaqdan, zəlzələlərdən… xəstəliklərdən qoruyan güclü qala timsalındadır. General iddia edir ki, Şuşanın, Laçının, Kəlbəcərin… altında əmələ gələn Piramidalar daha möhkəmdir. Onları oyatmaq olmaz… Bu nəticə professor Muxtar Abduyevə məxsus idi.

Məlumat üçün deyək ki, AMEA-nın Torpaqşünaslıq İnstitutunda onun elmi yaradıcılığı, ciddi tədqiqatları şübhə altına alınırdı. Amma onun torpaqlarımızla bağlı tədqiqatları alim “dostları”nı çaşdırmışdı.

Araşdırmalar zamanı məlum oldu ki, Akademiyanın Torpaqşünaslıq İnstitutundakı Muxtar müəllimin otağına açar salınıb (?) sənədlər oğurlanıb və yaxud aradan çıxarılıb. Torpaqların təmizlənməsində Muxtar müəllimin misilsiz xidmətləri var.

Araşdırmalarımıza görə Muxtar Abduyevin elmi axtarışlarının nəticələri onu Nobel mükafatına qədər qaldırdı. Bir Qarabağ torpaqları ilə bağlı elmi araşdırmalarının nəticələrinə görə Muxtar Abduyevə Beynəlxalq Nobel mükafatının verilməsi mümkün idi. Sadəcə təqdim olunmalı idi…

Çox maraqlı idi, Muxtar müəllim haqqında xeyli elmi araşdırmalar, monoqrafiyalar vərəqlədik. 180 səhifəlik materiallar oxuduq, bir dəfə olsun, “Akademik” sözünə təsadüf etmədik. Onun “Müxbir üzvü” kimi tanınmasını göstərən sənədləri on bir dəfə təsdiqdən qayıdıb…

Bütün bunlar Muxtar müəllimin ömrünə sanki balta çaldı. Görkəmli alim 1979-cu ilin iyulun 16-da ürəyindən vəfat edir. Bundan sonra Azərbaycan MEA-sı sanki dincəlir, rahat nəfəs alır.

Etiraf edim ki, bütün bunlar mənim üçün möcüzə olaraq qalır.

Sonra yadıma – yaddaşıma düşdü ki, Muxtar müəllimə ruslar – rus alimləri, akademiklər, dünyada tanınmış tədqiqatçılar ad qoymuşdular: “Svyasou çelovek…” (tərcümə edə bilərsiz; “Müqəddəs insan” və yaxud “İşıqlı, nur saçan insan…”)

AMEA-nın arxivini axtardım. Axtardım ki, bəlkə professor (o, mənim üçün və mənim kimilər üçün əbədi “Akademik” olaraq qalır) Muxtar Abduyevin əlyazılarına, stemoqram materiallarına, yazışmalarına… rast gəlim… Mümkün olmadı. Məlum oldu ki, ondan qalan nə varsa MEA-da hər şeyi yandırıb, viran qoydular. Adicə qapısına vurulan lövhəni də söküb, parçaladılar. Mən soruşuram (bəlkə də gələcək nəsli qabaqlayıb, soruşuram: – nə istəyirdiniz və yaxud nə axtarırdınız? Anladım ki, torpaqlarımızın qorunması ilə, su məsələsilə bağlı onun layihələri olub… Qarabağ torpaqlarının, yüzlərlə şəhid verdiyimiz torpaqların ermənilərə verilməsinə imza atan akademiklər… öz imzalarını əldə edə bilmədilər. Nədən Sizlər imza atdınız?

Sonra Sizin ləkəli imzalarınız ermənilərin əlinə düşdü. Sonra cənab Prezident min bir əzabla Sizin saxta imzalarınızı pozmaqla məşğul oldu. Muxtar müəllim bütün bunlardan sonra bir daha həmin “akademik”lərlə görüşüb, salamlaşmadı. İçindəki Vətən və torpaq sevgisi bütün bunları ona sanki qadağan etdi. Amma o, ölürdü… “torpaq” deyib, can verirdi.

Fikrimcə bu gün MEA-sı elə biabırçılıqlara, elə fasadlara və zülmlərə, mənəvi işgəncələrə (azara) tutulub ki, onun divarlarını heç bir göz yaşı ilə yumaq mümkün deyil… O, Sovet Torpaqşünaslıq Ensiklopediyasında, BMT sənədlərində, Dünyanın Xüsusi Xidmət orqanlarının Strateji sənədlərində özünə yer tutdu. Amma Sizlər heç onu Fəxri Xiyabana da qoymadınız… Mənə çox qəribə bir məsələni də danışdılar. Dedilər ki, onun seyfinə açar saldılar. Hamı imzalanmış kağızları axtarırdılar… Onun bir stolu da qalmışdı… onu da çəkib otaqdan çıxartdılar…

Həmin stolu (ailəsi məni bağışlasın) sürüyüb, dəhlizə çıxartdılar. Kimin qisası vardısa, aldı… Aldılarmı?..

Muxtar müəllimdən çox şey qaldı bizə…

Cəmiyyətə, ailəsinə, dostlarına… Müstəqil Azərbaycana. Sizdən sonra nə qalacaq, cənablar? Neçə ildi Müstəqillik qazandıq.

Ümummilli liderimiz Sizləri tanıdığım üçün, heç yaxına buraxmırdı Sizləri…

Öldürün, elmin qabağını da, dərisini də soyun. Nə qədər imkan varsa, soyun… Mən demək istərdim… Muxtar müəllimin ailəsinə, övladlarına xatırladım ki, imkan  verməyin Sizin haqqınızda, apardığınız tədqiqatlar və gördüyünüz müqəddəs işlər haqqında ictimai rəy yaratsınlar…  Çünki düşmən hələ ölməyib. İnsan taleyinə biganəm qalan MEA-nın Rəyasət Heyəti hələ dağılmayıb…

Rövşən Novruzoğlu,

professor, politoloq, Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert

Share: