Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, Canni de Byazinin komandası Moldova yığması ilə üz-üzə gələcək.
Həmçinin oxuyun: Массовая драка в Баку между женщинами и детьми
Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edəcək.
Yoldaşlıq oyunu
16 noyabr
21:00. Moldova – Azərbaycan
Hakimlər: Denis Şurman, Aleksandr Jukov, Viktor Nijnik, Roman Jitari (Ukrayna)
Kişinyov, “Zimbru” stadionu
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.
***
Saat 21:00-da start götürəcək qarşılaşmaya komandalar aşağıdakı heyətlərlə çıxacaq:
Moldova: 1.Dmitri Çelyadnik. 2.Oleq Ryabçuk, 4.İqor Armaş, 7.Artur Yonitse (k), 10.Yevgeni Koçuk, 11.Vitali Damașkan, 13.Mixail Kaymakov, 14.Yuri Yovu, 17.Daniel Dumbravanu, 21.Yoan-Kelin Revenko, 22.Vadim Ratse
Baş məşqçi: Sergey Kleşenko
Azərbaycan: 12.Şahruddin Məhəmmədəliyev, 6.Höccət Haqverdi, 8.Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 15.Bəxtiyar Həsənəlizadə, 18.Anton Krivotsyuk, 19.Elvin Cəfərquliyev, 20.Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22.Aleksey İsayev, 24. Musa Qurbanlı
Baş məşqçi: Canni De Byazi
***
Matç başladı.
***
28-ci dəqiqədə Emin Mahmudov hesabı açdı.
***
42-ci dəqiqədə Aleksey İsayev növbəti qolu meydan sahiblərinin qapısından keçirdi.
***
İlk hissə başa çatdı.