“Çimərlik voleybolu üzrə keçirilən Avropa Kubokunun qalibi olduq. Bu, Azərbaycanın idman ictimaiyyəti üçün böyük bir uğurdur”.
Bunu “Report”a açıqlamasında kişilərdən ibarət Azərbaycan milli komandasının voleybolçusu Vüqar Bayramov deyib.
“Komanda yoldaşlarıma, federasiyaya təşəkkür edirəm. Oyunlarda əlimizdən gələni etməyə çalışdıq. Bundan sonra məşqlərə davam edəcəyik. Ümid edirəm ki, qalibiyyətimiz davamlı olacaq”, – deyə o bildirib.
Qeyd edək ki, MUROV AZ TERMİNAL komandası çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun (“Beach Volley European Cup”) qalibi olub.