Azərbaycan MN Ermənistanın açıqlamasını təkzib etdi

Azərbaycan MN Ermənistanın açıqlamasını təkzib etdi

Sentyabrın 14-ü saat 22:30 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – hərbi qurum bildirib.


Share: