7-10 noyabr tarixlərində “Azerbaijan Fashion Week” Azərbaycanda moda sənayesinin inkişafına biganə qalmayanlar üçün qapılarını açır.
Bu dəfə də, Azərbaycan Moda Həftəsinin rəsmi meydançası və tərəfdaşı müasir Bakının təkrarolunmaz rəmzi, Fairmont Baku, Flame Towers olacaq.
Moda həftəsinin qonaqları və dizaynerləri, həmçinin Azərbaycan Moda Həftəsinin rəsmi avtomobil tərəfdaşı olan AUDİ avtomobilinin əsl alman rahatlığı və qüsursuz dizaynı ilə də tanış ola bilərlər. Məqsədimiz – həm yerli, həm xarici dizaynerlərin birləşməsi və yaradıcılıqlarını nümayiş etdirmək üçün platformanın yaradılmasıdır.
Tədbirlərimizdə dizaynerlərdən əlavə, moda ekspertləri və KİV nümayəndələri də iştirak edir.
Üç gün ərzində fəslin ən yaxşı kolleksiyaları və yeni cəsarətli dizayn ideyaları ilə tanış olmaq imkanına nail olacaqsınız.
Altıncı sezonun hedlaynerləri Oriental Fashion Show dizaynerləri olacaq. Oriental Fashion Show Parisdə yaradılan və bütün dünyaya Şərq dizaynerlərini təqdim edən unikal bir layihədir. Bu layihə çərçivəsində Azərbaycana Yaxın Şərqdən üç dizayner təşrif buyuracaq.
Həmçinin, 8-10 noyabr tarixlərində 15.00-21.00 saatlarında AFW çərçivəsində Azərbaycan və xarici dizaynerlərin şourumları fəaliyyət göstərəcək. Şourumlarda, həmçinin gəlinlik paltarları və aksessuarlar da təqdim olunacaq.
Azerbaijan Fashion Week ildə iki dəfə – may və noyabr aylarında keçirilir. Bu, artıq altıncı fəsildir və tədbirlərimiz Fashion Consulting Group şirkəti tərəfindən tə