Azərbaycan müdafiə və təhlükəsizliyə daha 2 milyard 700 milyon dollar xərcləyəcək

Azərbaycan müdafiə və təhlükəsizliyə daha 2 milyard 700 milyon dollar xərcləyəcək

Azərbaycanın gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik məsələləri üçün nəzərdə tutulan xərclər açıqlanıb.

Müstəqil.Az xəbər verir ki, Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq (təxminən 2 milyard 700 milyon dollar).

Xatırladaq ki, ümumilikdə gələn il dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat proqnozlaşdırılır.

Müstəqil.Az

Share: