Azərbaycan müdafiə xərclərini artırır

Azərbaycanın müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün xərcləri 1 105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərcləri 1 000,0 milyon manat artırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Rəsmi məlumata görə, artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 070,0 milyon manat təşkil edəcək.


Share: