Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
Müstəqil.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,45 ABŞ dolları və ya 0,45% artaraq 101,52 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.