Dünya bazarında “Azeri Light” (CIF) markalı neft cüzi bahalaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,84% artaraq 86,26 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.