Azərbaycan Ordusu artıq Ağdamdadır!

Azərbaycan Ordusu artıq Ağdamdadır!
AĞDAM AZADDIR!

20 noyabr 2020-ci il. Bu gün Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı 10 noyabr tarixli Birgə Bəyanata uyğun olaraq erməni işgalçı ordusu Ağdamı tərk edir.

Müstəqil.Az xəbər verir ki, Azərbaycan Prezidentinin sabiq köməkçisi, professor Əli Həsənov bu sevinci özünün feysbuk səhifəsindəki divarında ictimaiyyətlə paylaşb:
“Azərbaycan xalqı bu anı düz 27 il gözlədi! Müzəffər Azərbaycan Ordusu artıq Ağdamdadır! Şəhəri və rayonun kəndlərini tərk edən vəhşi ermənlər eynən Kəlbəcərdəki kimi – məskunlaşdıqları evləri yandırır, ətrafdakı tikililəri dağıdır, rayon ərazisində istifadəyə yararlı nə qalıbsa məhv edirlər! Belə dəhşətli mənzərəni tarix xatırlamır…”
Müstəqil.Az
Share: