Azərbaycan Ordusu Kəlbəcərə daxil olmağa başlayıb – Türk mediası

Azərbaycan Ordusu Kəlbəcərə daxil olmağa başlayıb – Türk mediası

Məlum olduğu kimi, Azərbaycan, Ermənistan və Rusiyanın Qarabağa dair imzaladıqları bəyanata əsasən erməni tərəfi dekabrın 1-nə kimi Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini boşaltmalıdır. 

Müstəqil.Az  xəbər verir ki, noyabrın 15-də Kəlbəcəri Azərbaycana qaytarmalı olan erməni tərəfi daha 10 gün vaxt istəyib. Rəsmi Bakı isə həmin xahişi nəzərə alaraq, Kəlbəcər rayonunun noyabrın 25-nə kimi boşaldılmasına icazə verib.

Ermənilər Kəlbəcər və Ağdamı tərk etdikcə, yaşadıqları evlərdən tutmuş, məktəbləri və meşələri yandırırlar. Artıq bununla bağlı çeşidli məlumatlar və videogörüntülər toplanılıb ki, Azərbaycan tərəfi onlardan fakt olaraq istifadə etməklə, beynəlxalq məhkəmələrə müraciət edəcəyini açıqlayıb.

Bu arada, Rusiyanın Qarabağdakı sülhməramlıları da erməniləri işğal altında olan rayonlardan çıxarmaq üçün bəzi addımlar atırlar.

Proses davam etdikcə, Azərbaycan tərəfi də işğal altıdakı rayonlara daxil olmağa start verib. Türk mənbələrinin yaydığı məlumata görə, dünəndən etibarən Azərbaycan Ordusu Göygöl və Daşkəsən rayonları istiqamətindən Kəlbəcərə daxil olmağa başlayıb.

Bildirilir ki, Azərbaycan tərəfi həmçinin ermənilərin ərazini boşaltması prosesini müasir texnoloji avadanlıqlar, kosmik peyk və PUA-larla izləyir.

Müstəqil.Az

Share: