“Bu gün Azərbaycan tarixinə əbədi həkk olunacaq xüsusi bir təqvim günüdür. 01 dekabr 2020-ci ildə erməni işğalı altında olan son rayonumuz- Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı.”
Müstəqil.Az xəbər verir ki, bu sözləri Prezidentin sabiq köməkçisi, professor Əli Həsənov öz feysbuk səhifəsində yazaraq Laçın rayonunun işğaldan azad olunmasına münasibətini bildirib:
“Beləliklə, Azərbaycanın xarici aləmlə dövlət sərhəddləri 27 ildən sonra faktiki olaraq tamamlandı. Laçının geri qaytarılması həm də ölkəmizin ərazi bütövlüyünün tam bərpa edilməsidir. Dövlətimizə və xalqımıza uğurlu-xeyirli olsun inşAllah!
Rəşadətli Milli Ordumuza, Müzəffər Ali Baş Komandanımıza, qələbəmiz üçün heç nəyini əsirgəməyən ULU XALQIMIZA və bütün ölkə vətəndaşlarına, xaricdə yaşayan bütün soydaşlarımıza və qəlbi Azərbaycanla döyünən əksər dostlarımıza gözaydınlığı verirəm! Ümummilli Liderimizin ruhu şad olsun! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Dağlıq Qarabağ əlbəttə ki, Azərbaycandır!”, deyə sevincini paylaşıb.
Müstəqil.Az